Mart 20, 2018 17:31 Asia/Baku
  • Kermanşah vilayəti ümumölkə dəmiryolu şəbəkəsinə qoşulub

İran İslam Respublikası prezidenti bu gün yeni 1397-ci hicri şəmsi ili ərəfəsində 110 kilometr uzunluğunda olan Firuzan-Kermanşah dəmiryolunu istifadəyə verib.

Həsən Ruhani Kermanşah dəmiryolu stansiyasında olaraq, Firuzan-Kermanşah dəmiryolu layihəsini istifadəyə verib və Kermanşahdan müəqqəds Məşhəd şəhərinə ilk sərnişin qatarının hərəkəti barədə göstəriş verib.

İranın, uzunluğu 605 kilometr olan Qərb dəmiryolu layihəsi Ərak yaxınlığında yerləşən Səmənqan stansiyasından başlayıb, Məlayer, Nəhavənd, Kənqavər, Səhne, Kermanşah, İslamabade qərb, Gilane qərb və Qəsr Şirin şəhərlərindən keçərək, İran-İraq sərhədində yerləşən Xosrəvi şəhərində qurtaracaq və ondan sonra Xaneqeyn, Bağdad, Mosul, Qamışlı, Diyrəzzur, Riqqə və Hələb şəhərlərindən Suriyanın Laziqiyyə limanına çıxacaqdır.

İranın Qərb dəmiryolu layihəsi bir xətt formasında saatda 160 kilometr sərnişin qatarı sürəti və saatda 120 kilometr yük sürəti ilə 267 kilometr uzunluğunda Səmənqan-Kermanşah, 263 kilometr uzunluğunda Kermanşah-Xosrəvi və 75 kilometr uzunluğunda Həmədan-Məlayer istiqamətlərində işləyəcəkdir.

İranın qərb məntəqələrinin ümumölkə dəmiryolu şəbəkəsinə qoşulması, Asiyanın şərqindən qərbinə, yəni Orta Asiya ölkələrindən Aralıq dənizinədək dəmiryolu dəhlizinin bir hissəsinin yaradılması, İslam müqəddəsləri zəvvarlarının təhlükəsiz dəmiryolu nəqliyyatından bəhrələnmələri, daxili və beynəlxalq müsafir və əmtəə mal tranzitində qatarın payının artırılması bu milli layihədən bəhrələnmənin hədəf və məziyyətlərindəndir.

İran İslam Respublikası prezidenti İranın qərbində zəlzələdən zərər çəkmiş məntəqələrdən baxış keçirmək, bu məntəqələrin əhalisi ilə görüşmək və İranın Qərb dəmiryolu layihəsini istifadəyə vermək məqsədilə bu gün Kermanşah vilayətinə daxil olubdur.