Mart 20, 2018 21:44 Asia/Baku
  • İranlılar 1397-ci hicri şəmsi ilinə başladılar

Məşhəd və Qum şəhərlərində minlərlə iranlı yeni ili imam Rzanın(ə) və həzrət Məsumənin(s) pak dərgahları kənarında qeyd edib.

Yeni hicri şəmsi ilinin xüsusi mərasiminə İmam Rzanın(ə) və həzrət Ftimeyi Məsumənin(s) pak dərgahlarında Qurani kərimin təlavəti və təvəssül duasının oxunması ilə başlanıb. 

Məşhəd və Qum eləcədə bu şəhrlərdəki zəvvarların ilin təhvili anınadək İmam Rza(ə) və həzrət Məsumənin(s) dərgahındakı iştirakı o qədər geniş olub ki, ətraf küçələrdə insanlarla aşıb daşıb. 

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) pak dərgahı da yeni hicri şəmsi ilinin başlanması münasibəti ilə iranlı ailələrin iştirakının şahidi olub. 

Qomun Cəmkəran məscidində eləcə də İranın müxtəlif şəhərlərində şəhidlərin məzarlarında və müqəddəs məkanda əhali yeni ili qarşılayıb.