Mart 21, 2018 09:14 Asia/Baku
  • Xoşru: Novruz İran mədəniyyətində ən sabit və yayılmış ənənədir
    Xoşru: Novruz İran mədəniyyətində ən sabit və yayılmış ənənədir

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Novruzun İran mədəniyyətində ən sabit və yayılmış ənənə olduğunu bildirib və belə deyib: Bu mədəniyyət həmişə sülh və dostluqla yanaşı olubdur.

İRNA-nın məlumatına görə, Qolaməli Xosru dünən axşam Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı iqamətgahında digər 12 ölkənin iştirakı ilə təşkil edilən beynəlxalq novruz şənliyində əlavə edib: Novruzda ailələr və dostlar bir-birilərinin görüşünə gedirlər ki, gedən il ilə sağollaşıb, gələn il üçün xoşbəxtlik arzu etsinlər.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi həmçinin baharın mədəni əhəmiyyətini göstərmək üçün tanınmış İran şairi Hafiz Şirazinin şerlərindən bəhrələnib. O, Hafİzın şeirinin Novruz mərasimində böyük bir yer tutduğunu vurğulayaraq, deyib ki, Hafizin şer külliyyatı əksər evlərdə mövcuddur; bir çoxları onunla fala baxır, bir çoxları da Hafizin şerlərini əzbərləyir və onları gündəlik həyatlarında işlədirlər.

Xoşru Novruzun təlimlərinə işarə edərək, əlavə edib: Həyat var-dövlət yığmaq, zülm etmək, ixtilaf və təfriqə salmaqla məhv edilməməlidir, əksinə məhəbbət və saflıqla bəşər övladına yardım göstərilməlidir.

Novruz bayramı dünyanın on iki ölkəsində rəsmən tanınır. Lakin doqquz ölkədə- İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Albaniyanın rəsmi təqvimlərində bu gün elə novruz adı ilə tətil günüdür.

Teqlər