Mart 21, 2018 09:38 Asia/Baku
  • Ruhani Novruz münasibətilə 9 region ölkəsinin dövlət başçılarını təbrik edib
    Ruhani Novruz münasibətilə 9 region ölkəsinin dövlət başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti dünən gecə ayrı-ayrı müraciətlərdə Novruz bayramı münasibətilə Əfqanıstan, Tacikistan, Pakistan, Azərbaycan Respublikası, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan və Özbəkistanın dövlət başçılarını təbrik edib.

Həsən Ruhani Novruzu qeyd edən bölgənin 9 ölkəsinin liderlərinə göndərdiyi ayrı-ayrı müraciətlərdə Novruzu sivilizasiya dairəsinin mədəni sələflərinin zəngin sivilizasiyası, mədəniyyəti və təfəkkürlərindən mənşə alan, sevinc və şadlıqla dolu möcüzəli bir hadisə adlandırıb. O, belə qeyd edib: Bahar fəsli və Novruz bayramı öz rəngi və rayihəsi ilə gəlir ki, gözəllik, təravət və təbiətin ruhunun yenilənməsinin səfiri, sülh və dostluğun müjdəçisi olmuş olsun.

İran İslam Respublikasının prezidenti ümidvarlıq edib ki, yazın gəlməsi yolu ilə dünya bütün insanlar, xüsusən region əhalisi üçün yekdillik və birlik dünyası, etnik və dini ixtilafların kökünün kəsildiyi, dincliklə dolu, hər cür zorakılıq, ifratçılıq və savaşdan uzaq bir dünya olmuş olsun.

Ruhani vurğulayıb ki, Novruz sivilizasiyası dairəsində olan ölkələrin dövlətləri bu başdan-başa gözəllik və bərəkət bayramından ilham alaraq, sülh, birlik və ədaləti öz xalqları üçün müjdə gətirib, ona çatmaq istiqamətində səy göstərməlidirlər.

İran İslam Respublikasının prezidenti Əfqanıstan, Tacikistan, Pakistan, Azərbaycan Respublikası, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan və Özbəkistan xalqları üçün uğur və xoşbəxtliklə dolu bir il arzu edib.

Novruz bayramı dünyanın 12 ölkəsində rəsmən tanınır.

Teqlər