Mart 21, 2018 17:30 Asia/Baku
  • İnqilab Rəhbərinin pak Rəzəvi hərəmindəki çıxışı başlanıb
    İnqilab Rəhbərinin pak Rəzəvi hərəmindəki çıxışı başlanıb

İslam İnqilabının Böyük Rəhbərinin 1397-ci hicri şəmsi ilinin ilk günündə pak Rəzəvi hərəminin zəvvarları qarşısındakı mühüm çıxışı başlanıb.

Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Yeni ilin gəlməsini və novruz bayramını təbrik edir və İmam Hadi(ə)-ın şəhadəti ilə bağlı başsağlığı verirəm.

O həzrət Rəzəvi hərəminin zəvvarları qarşısında əlavə ediblər: Bu gün dünyada heç bir ölkə İran xalqının istiqlaliyyəti kimi istiqlaliyyəti olan bir xalqa malik deyildir. Onların hamısı qüdrətlər qarşısında bir növ mülahizəyə malikdir. Səsi qüdrətlərdən heç birinin təsiri altına düşməyən bir xalq İran xalqıdır. Bu ölkədəki azadlıq, təmin edilib. Əlbəttə, bəziləri insafsızlıq edirlər və mövcud azadlıqdan sui-istifadə edərək, yalandan deyirlər ki, azadlıq mövcud deyil. Ölkəmizdə təfəkkür, söz və seçki azadlıqları mövcuddur və heç kəs, fikri və baxışı hökumətin baxışı ilə müxalif olduğuna görə, təzyiq, təhdid və təqibə məruz edilmir. Əlbəttə, azadlığın hüdudları vardır.