Mart 27, 2018 08:32 Asia/Baku
  • Laricani Rusiya Dövlət Duması başçısına başsağlığı müraciəti göndərib
    Laricani Rusiya Dövlət Duması başçısına başsağlığı müraciəti göndərib

İran İslam Şurası Məclisinin sədri Rusiya Dövlət Dumasının başçısına ünvanlanmış müraciətdə çıxan yanğın nəticəsində bur qrup Rusiya vətəndaşının həyatını itirməsi münasibəti ilə başsağlığı verib.

Rusiyanın Sibir məntəqəsində yerləşən Kemerovo şəhərində "Zimnaya Vişnya" ticarət mərkəzində çıxan yanğın hadisəsində 64 nəfər həyatını itirib. Bu hadisədə həmçinin, onlarla nəfər xəsarət alıb. 

Əli Laricani bazar ertəsi günü Rusiya Dövlət Dumasının başçısı Vyaçeslav Volodinə və Rusiya Federasiya Şurasının sədri Valentina Matvyenkoya ünvanladığı müraciətdə çıxan yanğın hadisəsində bir qrup insanın həyatını itirməsini təəssüfləndirici hadisə adlandırıb və bu münasibətlə Rusiya Dövlət Dumasının üzvlərinə, Rusiya xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verdiyini bildirib. 

İran İslam Şurası Məclisinin sədri həmçinin, Rusiya Dövlət Dumasının üzvlərinə, Rusiya xalqına və hökumətinə uğurlar diləyib. 

Teqlər