Apr 01, 2018 20:23 Asia/Baku
  • İranın Kosmik Təşkilatı Çin gəmisinin İran ərazisinə düşməsi ehtimalı haqda məlumat verib
    İranın Kosmik Təşkilatı Çin gəmisinin İran ərazisinə düşməsi ehtimalı haqda məlumat verib

İranın Kosmik Təşkilatı Çin kosmik gəmisinin İran İslam Respublikası ərazisində düşməsi ehtimalı haqdakı şayiə barədə açıqlama verib.

İRİB-in məlumatına grə, İranın Kosmik Təşkilatının bildirişində qeyd olunur: Çinin Tiangong-1 kosmik gəmisi Çinə aid ilk gəmi stansiyasıdır. Bu gəmi 2011-ci ildə kosmik araşdırmalar üçün orbitə göndərilib və kosmosda insan daşıyan gəmilərə birləşmə imkanı vardır. 2016-cı ilə qədər öz işini yerinə yetirib. Həmin ildə Çinin Milli Kosmik Təşkilatı bildirib: Bu kosmik gəmiyə nəzarəti itirib.

Bu məlumatda əlavə olunur: İranın Kosmik Təşkilatı APSCO Kosmik Əməkdaşlıqlar Təşkilatı ilə əməkdaşlıq çərçivəsində və 2 rəsədxanadan istifadə etməklə 2 ay öncədən və Çin gəmisinin Yerə yaxınlaşması ilə bir vaxtda Tiangong-1 gəmisinin vəziyyətini araşdırıb.

İranın Kosmik Təşkilatının məlumatında qeyd olunur: Bu Çin kosmik gəmisinin düşməsinin dəqiq zamanı və məkanı texniki mürəkkəbliyinə görə, hələ də məlum deyil.

Teqlər