Apr 02, 2018 21:27 Asia/Baku
  • İranın cənub-şərqində partlayıcı maddə yükü aşkar edilib

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayəti sərhəd qoşunları komandanı müavini İran İslam Respublikası ilə düşmən olanların bu partlayıcı yükün köçürülməsində uğursuz qaldıqlarını deyib.

İRNA-nın məlumatına görə, polkovnik Məhəmməd Mollaşahi deyib: Sistan və Bəluçestan sərhəd qoşunlarının kəşfiyyatçıları Səravan sərhəd bölməsinin əməkdaşlığı ilə düşmənlərin terror aktı törətmək üçün ölkə daxilinə partlayıcı maddə köçürmək istəyindən agah olaraq, dərhal tam ayıqlıqla məntəqəni nəzarət altına alıblar. 

Polkovnik Mollaşahi əlavə edib: İran İslam Respublikası quruluşu ilə düşmən olanlar bir ədəd avtomobil ilə İran ərazisinə partlayıcı maddə gətirmək istəyərkən, sərhədçilər tərəfindən vaxtında həyata keçirilən tədbirlər nəticəsində, partlayıcı maddələri ataraq, hadisə yerindən qaçmağa məcbur olublar.  

 

Teqlər