Apr 03, 2018 11:08 Asia/Baku
  • İran prezidenti sabah Türkiyəyə gedəcək
    İran prezidenti sabah Türkiyəyə gedəcək

İran İslam Respublikasının prezidenti Suriya barədə üçtərəfli İran-Rusiya-Türkiyə müzakirələrinin yeni dövründə iştirak məqsədilə sabah Ankaraya səfər edəcək.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın rəsmi dəvətilə Rusiya və Türkiyə ilə üçtərəfli müzakirələrin ikinci dövründə iştirak məqsədilə Ankaraya səfər edəcək.

İran İslam Respublikasının prezidenti Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyıb Ərdoğan və Vladimir Putinlə də ikitərəfli görüşlər keçirəcəkdir. Bu müzakirələrdə regional və beynəlxalq əlaqələr və həmkarlıqlarla bağlı məsələlər araşdırılacaqdır.

Teqlər