Apr 04, 2018 14:16 Asia/Baku
  • Ordu generalı Cəfəri: İŞİD-in tam məğlubiyyəti İranın regiondakı həlledici rolunun nəticəsi idi
    Ordu generalı Cəfəri: İŞİD-in tam məğlubiyyəti İranın regiondakı həlledici rolunun nəticəsi idi

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı İŞİD terror qruplaşmasının İraq və Suriyadakı tam məğlubiyyəti və qondarma xilafətinin məhv edilməsini İran İslam Respublikasının vaxtında və yerində həlledici rolunun nəticəsi adlandırıb.

İRİB-in məlumatına görə, ordu generalı Məhəmməd Əli Cəfəri Tehranda komandanlar, rəsmilərlə novruz görüşündə regionun son olayları, islam müqaviməti cəbhəsinin vəkalət və terrorçu savaşları qarşısındakı qələbələrinə toxunub və deyib: İranın doğru və yerində həlledici rolu və dəstəkləri ilə İŞİD-in tam məğlubiyyəti, ardınca isə şəhərlərin tədricən terrorçulardan təmizlənməsi, İraq Kürdüstanının ayrılması referendumu məkrli planının zərərsizləşdirilməsi İslam İnqilabı, İslam Ümmətinin çox təhlükəli və həlledici şəraitdəki qələbələrini bütün dünyaya əks etdirdi.

Ordu generalı cəfəri ötən ili amerikalılar və Ağ Evin yerli və regional müttəfiqlərinin ardıcıl məğlubiyyətləri ili adlandırıb və deyib: Ötən il İslam İnqilabının qələbəsi ili və İran xalqının bəsirətinin əks etdirilməsi ili idi. İslam Respublikasının müqəddəs quruluşunun iqtidarını daha da gücləndirdi və təsbit etdi.

Teqlər