Apr 18, 2018 09:48 Asia/Baku
  • Ruhani: Əcnəbi güclər ölkələrə özbaşına hücum edirlər

İran İslam Respublikası prezidenti deyib: Əcnəbi güclər bütün veynəlxalq qanunlara zidd olaraq region məsələlərinə müdaxilə edir, BMT nizamnaməsinə və beynəlxalq qanunlara zidd olaraq bir ölkəyə özbaşına hücum edirlər.

Amerika Birləşmiş Ştatları, Britaniya və Fransa ilə birlikdə Suriya dövlətinin Duma şəhərinə qarşı kimyəvi silahdan istifadə etməsini iddia edərək 14 apreldə Dəməşq və Humsu 100 ədəd raketlə hədəfə aldılar. 

İİR prezidenti Həsən Ruhani bu gün Tehranda İmam Xomeyninin(r.ə) məqbərəsinin kənarında İran İslam Respublikası ordusu günü münasibəti ilə keçirilən mərasimdə etdiyi çıxışında İranın və qərbi Asiya regionunun ətrafında təcavüzkar güclərin yuva saldıqlarını və qeyri-qanuni fəaliyyətlərlə məşğul olduqlarını xatırladaraq deyib: Belə bir regionda super güclər terrorçu qrupları öz niyyətləri üçün vasitə kimi istifadə edirlər. 

İİR prezidenti Ordunun vəzifəsinin İran İslam Respublikası quruluşu və ərazi bütövlüyünü və müstəqilliyini qorumaq olduğunu bildirərək deyib: İran super güclərin məkirli planları qarşısında dayanmaq, terrorçuların İrana tamahkar göz dikməsinə imkan verməmək üçün önləyici gücə və silaha ehtiyaclıdır. 

Ruhani İranın regiondakı siyasətinin region ölkələri ilə dinc qonşuluq prinsipinə hörmətdən ibarət olduğunu bildirərək deyib: Region ölkələri də güc və təhlükəsizliyi super güclərdən yaxud da qeyri-qanuni bir rejimdən satın almamalıdırlar. 

Ruhani İranın ehtiyacı olduğu hərhansı silahı istehsal yaxud təmin etdiyini və super güclərin razılığını gözləməyəcəyini bildirərək deyib: Super güclər regionu barut çəlləyinə çevirməsinlər və region ölkələri ilə alverçi kimi davranmasınlar və öz silah zavodlarını genişləndirməsinlər. 

İİR prezidenti İranın silahlı qüvvələrinin regionun stabilliyi və təhlükəsizliyində əsas rola malik olduqlarını bildirərək deyib: İİR öz qanuni gücü sayəsində region ölkələrinin sülh çağırışına müsbət cavab verir ona görə ki, İran böyük ölkə və böyük xalqdır və digər ölkələrin torpaqlarına heç bir ehtiyacı yoxdur. 

Teqlər