Apr 19, 2018 18:39 Asia/Baku
  • İranın müdafiə naziri İraqda
    İranın müdafiə naziri İraqda

İran İslam Respublikası müdafiə nazirinin Bağdada olan səfərində iki ölkə arasında təhlükəsizlik məsələləri və müdafiə əməkdaşlıqları mövzusunda danışıqlar aparılıb. Bu görüşlərdə terrorizm ilə birgə mübarizəyə də təkid edilib.

 

General-mayor Hatəmi həmçinin, İraqa səfərinin ikinci günündə terrorizm ilə mübarizə üzrə dörd tərəfli komitənin fəaliyyəti ilə yaxından tanış olub.

İran İslam Respublikası müdafiə nazirinin Bağdad səfərinin ikinci günü də sıx proqramlara malik olub. General-mayor Hatəmi İraqa olan səfərinin davamında bu ölkənin daxili işlər naziri Qasım Əl-Ərəci, sənaye naziri Məhəmməd Şəyya Sudani, könüllü xalq qüvvələri komandanı Əbu Məhdi Mühəndis və İraqın təhlükəsizlik məsələləri üzrə müşaviri Fal Əl-Fəyyaz ilə görüşüb, təhlükəsizlik məsələləri və müdafiə əməkdaşlıqları haqda danışıqlar aparıb. General-mayor Hatəmi daha sonra İran, İraq, Suriya və Rusiyadan ibarət dörd tərəfli komitənin fəaliyyətini dəyərləndirmək üçün, bu ölkələrin nümayəndələri ilə görüşüb. Bu görüşdə hər dörd ölkənin nümayəndələri terrorizm ilə mübarizədəki son durumla bağlı İranın müdafiə nazirini məlumatlandırıblar.

General-mayor Hatəmi bu barədə deyib: “Bu komitədəki dostlarımızın təqdim etdikləri məlumatlardan aydın olur ki, terrorizm ilə mübarizədə dəyərli addımların atılması ilə yanaşı, kəşfiyyat sahəsində də önəmli işlər həyata keçirilib. Buna görə də, komitə üzvlərinə təşəkkür edərək, terrorizm ilə mübarizədə hələ yolun yarısında olduğumuzu dedim. Doğrudur, bu gün İŞİD işğal etdiyi ərazilərə nəzarəti itirsə də, onun özəyi və ideologiyası hələ qalır. Buna görə də, bu mərkəz öz fəaliyyətini bundan sonra da davam etdirməlidir.

Baş ofisi Bağdadda yerləşən terrorizm ilə mübarizə üzrə dördtərəfli komitə 3 il öncə İŞİD və terrorçu qruplar ilə mübarizə aparmaq üçün təsis edilib. Və İran bu komitənin təsirli üzvlərindən biri olaraq, digər üç üzv ölkə yəni, İraq, Suriya və Rusiya tərəfindən mükafatlandırılıb.

İraq tərəfinin komitədəki nümayəndəsi deyir: “Dörd tərəfli komitənin üzvləri olaraq, İran, İraq, Suriya və Rusiya terrorizmin köklərinin tamamilə kəsilməsinə kimi mübarizənin davam etdirilməsinə təkid edirik. Və bu məsələ İranın müdafiə naziri ilə görüşdə bir daha gündəmə gətirildi”.

General-mayor Hatəmi də düşmən fitnəsinin zərərsizləşdirilməsində dörd tərəfli komitənin roluna təkid edib və deyib: Terrorçuların İraq və Suriyada məğlub olması şər üçbucağı olan ABŞ, Britaniya və Fransanı qəzəbləndirib. Amma, bu qəzəbin terrorçlara heç bir köməyi olmadı və Suriya xalqının iradəsinə də təsir göstərə bilmədi.

 

Teqlər