Apr 19, 2018 19:46 Asia/Baku
  • İranın müdafiə naziri Həşdüşşəbinin sədr müavini ilə görüşüb
    İranın müdafiə naziri Həşdüşşəbinin sədr müavini ilə görüşüb

İran İslam Respublikasının müdafiə naziri Bağdadda İraqın Həşdüşşəbi Təşkilatının sədr müavini ilə görüşüb onunla qarşılıqlı mövzuları müzakirə edib.

İRNA-nın verdiyi məlumata görə, İranın müdafiə naziri General Leytenant Əmir Hatəmi Əl-Həşdüşşəbi Təşkilatının sədr müavini Əbu Məhdi Əl-Mühəndis ilə görüşdə deyib: Dünya hegemonçularının əlaltıları olan və onların şeytancasına məqsədlərinə vasitə olan düşmənlər cəhalətlə, islam ümmətinə, İraq və Suriya xalqlarına zülm etdilər. 

General Hatəmi deyib: Hegemonçular özlərinin saysız-hesabsız cinayətləri və xəbis hərəkətləri ilə islam düşmənlərinə boyük xidmətlər etdilər. 

Görüşdə Əl-Mühəndis də Əl-Həşdüşşəbinin formalaşması və təşkilatlanması prossesi barədə hesabat verərək müqavimət mehvərinin İŞİD-ə qarşı son qələbəsini misilsiz adlandırıb. 

Əl-Həşdüşşəbinin sədr müavini islam inqilabının böyük rəhbərinin və təqlid mərcələrinin Əl-Həşdüşşəbi qüvvələrinin birliyindəki rolunu yüksək qiymətləndirərək yaxın gələcəkdə İraqda təhlükəsizliyin tam təmin olunacağına ümidvarlığını bildirib. 

İİR müdafiə naziri dünən Bağdada iki günlük səfərə başlamışdır. O bu səfərdə İraqın siyasi və hərbi rəsmiləri ilə görüşlərində qarşılıqlı müdafiə və təhlükəsizlik əməkdaşlıqlarını müzakirə edib. 

İranın müdafiə nazirinin İraq səfərində İraqın rabitə və sənaye nazirlikləri ilə texniki əməkdaşlıq razılaşması imzalanıb.  

Teqlər