Apr 20, 2018 08:28 Asia/Baku
  • 
Zərifdən ABŞ-a xəbərdarlıq: Nüvə anlaşmasından çıxmaq Vaşinqton üçün xoşagəlməz nəticələrə gətirib çıxarac
    Zərifdən ABŞ-a xəbərdarlıq: Nüvə anlaşmasından çıxmaq Vaşinqton üçün xoşagəlməz nəticələrə gətirib çıxarac

İran İslam Respublikasının xarici işlər naziri Nyu-York vaxtı ilə dünən axşam vurğulayıb ki, Amerikanın nüvə anlaşmasından çıxacağı təqdirdə, bu hərəkət Vaşinqton üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.

"Davamlı sülh" adlı yüksək səviyyəli iclasda iştirak üçün Nyu-Yorka səfər etmiş Məhəmməd Cavad Zərif bu şəhərə daxil olarkən müxbirlər qarşısında Amerikanın nüvə anlaşmasından çıxması ehtimalı barədə belə deyib: İran İslam Respublikası mütləq öz maraqları əsasında addım atacaq. İran nüvə anlaşmasında və ondan kənarda addımlar atmaq üçün geniş seçimlərə malikdir və mütləq İranın addımı və Amerikanın hərəkətinə dünya ictimaiyyətinin reaksiyası amerikalılar üçün olduqca xoşagəlməz olacaq.

ABŞ prezidenti Donald Tramp İranın 5+1 qrupu ilə anlaşmasının təkcə İran İslam Respublikasının maraqlarını təmin etdiyini iddia edərək, nüvə anlaşması maddələrinin Vaşinqtonun maraqları istiqamətində dəyişdirilməsini istəyir.

Teqlər