Apr 20, 2018 13:30 Asia/Baku
  • İran Rusiyaya iki ölkə məktəblərində fars və rus dillərinin tədrisi təklifini verib
    İran Rusiyaya iki ölkə məktəblərində fars və rus dillərinin tədrisi təklifini verib

İranın təhsil naziri Rusiyaya təklif edib ki, fars və rus dilləri iki ölkənin məktəblərində ikinci dil kimi tədris olunsun.

Mohəmməd Əbtəhi Moskvada Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşdə deyib: İran dövləti ikinci dil kimi ingilis dilinin inhisarının sındırılması və digər dillərin, xüsusən rus dilinin İranda yayılması niyyətindədir.

Əbtəhi bildirib ki, rus tərəf bu təklifə dəstək verib və anlaşmaya nail olmaq üçün bu barədə işçi qrupu təşkil edibdir.

Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov bu layihəni alqışlayaraq, Rusiyada fars dilinin vəziyyəti barədə belə qeyd edib: Hazırda fars dili Rusiyanın bəzi ali təhsil mərkəzlərində, o sıradan Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda tədris olunur.

Teqlər