Apr 20, 2018 14:31 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Suriyaya hücum amerikalıların vəhşi varlıqlarını göstərdi
    Tehranın cümə namazı xitabətçisi: Suriyaya hücum amerikalıların vəhşi varlıqlarını göstərdi

Tehranın cümə namazı xitabətçisi Amerikanın Suriyaya hücumunu bütün beynəlxalq qanunlara zidd adlandırıb və deyib ki, Amerika bu təcavüzlə özünün vəhşi varlığını göstərdi.

Höccətulislam Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində sonra bildirib ki, amerikalılar və hegemon dünyası yalnız güc dilini anlayırlar. 

O, əlavə edib: Amerika regionda İŞİD terrorçu-təkfirçi qrupunun yaradılması fitnəsi qarşısında müqavimət mehvərinin uğurundan əsəbidir. Suriyaya qarşı raket hücumlarının onlar üçün nəticəsi olmadı və amerikalılar indiyədək regiondakı bütün hədəflərində məğlub olublar.

Tehranın cümə namazı xitabətçisi həmçinin ABŞ prezidentinin ölkəsinin səfirliyinin Təl-Əvivdən Beytulmuqəddəsə köçürülməsinə dair təhrikedici hərəkətini pisləyərək, belə qeyd edib: Bu hərəkətlə bütün fələstinlilər ayağa qalxdılar ki, bu məsələ, Fələstin xalqının qüdrətinin nişanəsidir.

O, həmçinin sionist rejim hərbçilərinin böyük "Qayıdış haqqı" aksiyasında fələstinlilərə qarşı hücumuna toxunaraq, deyib: Uşaqöldürən sionist rejimin cinayətləri, hərəkəti, bu rejimin məhvinə doğru sürətləndirəcək.

Sionist hərbçilərin "yer günü" münasibətilə martın otuzunda Qəzzə zolağında başlanmış "Qayıdış haqqı" aksiyasının iştirakçılarına qarşı hücumunda onlarla fələstinli şəhid oldu, minlərlə nəfər də yaralandı.