Apr 21, 2018 17:36 Asia/Baku
  • Ruhani: İran yeni valyuta siyasəti ilə amerikalıların ağzının payını verdi
    Ruhani: İran yeni valyuta siyasəti ilə amerikalıların ağzının payını verdi

İran İslam Respublikası prezidenti Tehranın amerikalıların nüvə anlaşması qarşısındakı istənilən rəftarı ilə hansısa problemə malik olmayacağını bildirib və İranın yeni valyuta siyasətini önləyici bir addım adlandırıb və deyib: İran yeni valyuta siyasəti ilə amerikalıların ağzının payını vermiş oldu.

İran İslam Respublikasının Nazirlər Kabineti çərşənbə günü prezident Həsən Ruhaninin iştirakı ilə keçirdiyi iclasda beynəlxalq hesablaşmalarda dolları avro ilə vəz etdi. 

Həsən Ruhani şənbə günü yüksək səviyyəli dövlət rəsmilərinin iclasında, İranın valyuta məsələsində ABŞ-ın 12 may 2018-ci il tarixində nüvə anlaşmasından çıxması ehtimalı qarşısında önləyici addım atdığını və amerikalıların ağızlarının payını verdiyini deyərək, əlavə edib: Amerikalılar 12 mayda atacaqları addım ilə İran xalqına qarşı nəsə bir iş görmək və daxili bazara şok zərbəsi vurmaq arzusunda idi. Amma, İran hökuməti önləyici hərəkətlə xalqı arxayınlaşdırdı. 

Ruhani əlavə edib: Nüvə anlaşması olsa da, olmasa da, Amerika nüvə anlaşmasında qalsa da, qalmasa da, İranın yeni valyuta siyasəti ilə onların bütün fitnəsini zərərsizləşdirmiş olduq. 

İran prezidenti Tehranın Amerikalıların nüvə anlaşması ilə istənilən rəftarı qarşısında bütün lazımi önləyici tədbirləri planlaşdırdığına işarə edərək, deyib: İranın Atom Enerjisi Təşkilatı hələ bir neçə ay öncədən özünü yeni şərait ilə üzləşməyə hazırlayıb. 

İran prezidenti bu gün Amerikanın çaş-baş qaldığını deyərək, əlav edib: Amerikalılar bu gün, bir saat sonra nə edəcəyini bilmədikləri bir adamın əlində ilişib qalıblar. Bütün gözlər onun Tvitter hesabına yönəlib. Prezidentin yenə gecə hansı yuxunu gördüyünü və səhər nə qərar qəbul edəcəyini öyrənmək üçün. 

Həsən Ruhani Donald Trampın prezidentliyinin müasir tarixin ən qəribə və qeyri-adi məqamlarından biri olduğunu deyərək, əlavə edib: ABŞ tarixində belə bir hakimiyyət misilsizdir. Buna görə də bu gün amerikalılar nigarandırlar və digər tərəfdən dünya xalqlarının da nigaranlıqları artıb. 

Teqlər