Apr 21, 2018 19:02 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranİslam Respublikasının xarici işlər naziri cümə günü ABŞ-ın nüvə anlaşmasından çıxması ehtimalı haqda deyib: İran bir neçə hazır seçimə malikdir. Bunlardan biri nüvə fəaliyyətlərinin son dərəcə sürətlə davam etdirilməsi olacaq.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif Amerikanın CBS telekanalına verdiyi müsahibədə İranın bütün seçimlərinin icraya hazır vəziyyətdə olduğunu deyərək, Tehranın münasib zamanda lazımi qərarı qəbul edəcəyini bildirib.

İranın xarici işlər naziri həmçinin  ABŞ prezidenti Donald Trampın dövlət katibi vəzifəsi üçün təqdim etdiyi şəxsin İranın heç vaxt nüvə silahı ardınca olmadığı barədə dediklərini İrana qarşı sanksiyalara heç vaxt hansısa səbəbin olmadığına dəlalət edən fakt adlandırıb.

Zərif deyib: İndi də Amerika İrana qarşı yeni sanksiyalar tətbiq etmək istəyir. Səbəb isə İranın nüvə silahı ardınca olmamasıdır.

Teqlər