Apr 24, 2018 16:22 Asia/Baku
  • Şəmxani: Amerika İranın qırmızı xəttini keçərsə uduzacaq
    Şəmxani: Amerika İranın qırmızı xəttini keçərsə uduzacaq

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: Əgər Avropa strateji səhvə yol verərək Amerikanın bac almasına təslim olaraq, Tramp razı qalsın deyə İranın qırmızı xəttinə girərsə hüç şübhəsiz bu prossesin əsas uduzan tərəfi olacaq.

Kontr Admiral Əli Şəmxani bu gün Tehranda etdiyi çıxışında Fransa Prezidenti Emanuel Makron və Almaniya Kansleri Angela Merkelin Amerikaya səfərlərinə toxunaraq deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı bütöv bir razılaşmadır və onda hərhansı dəyişiklik yaxud, öhdəliklərin icra edilməməsi, onun dağılması deməkdir və ƏMTP-nın məhv olması ilə fərqi yoxdur. 

Şəmxani deyib: İran İslam Respublikasının sülhməramlı nüvə sənayesi tamamiylə yerli sənaye olaraq daxili elm və texnologiyaya sövkənir buna görə də bu sahədə yeniliklərdən faydalanmağa imkan yaradır. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İran İslam Respublikası regional stabilliyin yaranması və təkfirçi terrorizm ilə mübarizəyə gözə çarpacaq xərclər ödəyib buna görə də, Amerika, sionist rejim və onların bəzi regional müttəfiqlərinin destabilləşdirici hərəkətlərinə etinasız qala bilməz. 

Şəmxani deyib: Sionist rejim qorxu yaratmaq üçün quldurcasına tamaşaların icrası dövrünün sona çatmış olduğunu başa düşməyibsə bu anlamazlığın xərcini ödəməlidir. 

Teqlər