Apr 25, 2018 00:22 Asia/Baku
  • İran Yəmənin Ali Siyasi Şurası sədrinin şəhid olması ilə bağlı başsağlığı verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadın şəhid olması ilə bağlı Yəmən xalqı və bu şuraya başsağlığı verib.

Bəhram Qasimi çərşənbə axşamı günü Yəmənin səbirli və qeyrətli xalqının Ali-Səud rejiminin hərtərəfli təcavüzü qarşısındakı alqışalayiq müqavimətinə toxunaraq bildirib: Çox keçməyəcək ki, Yəmən xalqı öz müqaviməti və mücahidətinin şirin səmərəsini dadacaqdır. 

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmad ötən cümə axşamı günü səudiyyəli təcavüzkar qırıcıların Hüdeydə vilayətinə hücumunda şəhid olub. 

Saleh Əs-Səmadın 6 nəfərlə birlikdə şəhid olması ardınca, Yəmənin Ali Siyasi Şurası üç günlük matəm elan edib. 

Teqlər