Apr 25, 2018 09:34 Asia/Baku
  • Tramp çərənləməkdədir: İrana atom silahını əldə etmək icazəsini vermək olmaz
    Tramp çərənləməkdədir: İrana atom silahını əldə etmək icazəsini vermək olmaz

ABŞ prezidenti çərşənbə axşamı günü Fransa prezidenti Emmanuel Makronla Ağ Evdə birgə mətbuat konfransında bir daha İran İslam Respublikası əleyhinə iddiaları təkrarlayıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Donald Tramp bu mətbuat konfransında "İrana atom silahını əldə etmək icazəsini vermək olmaz" deyərək bir daha nüvə anlaşmasını pis anlaşma adlandırıb. 

Trampın bu gülünc açıqlaması ilə yanaşı qeyd edək ki, BMT, Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək dəfələrlə İranın nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu vurğulamışlar. 

ABŞ prezidenti həmçinin İranın regiondakı destabilliklərin çoxunda məsuliyyət daşıdığını bildirərək iddia edib ki, İran İslam Respublikası terrorçuları dəstəkləyir. 

Fransa prezidenti də Trampın diqqətini cəlb etmək istiqamətində bildirib: Paris Vaşinqtonla İranın regional nüfuzu və raket müdafiə proqramını məhdudlaşdırmaq üzrə məsələnin üzərində razılığa gəlmişdir. 

İran regionda səudiyyəli-qərb mehvərinin məkrli planları və hərəkətləri qarşısında əsaslı rola malikdir. 

İran İslam Respublikası İraq və Suriyanın rəsmi müraciətləri əsasında bu ölkələrdə ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmaları ilə mübarizə aparmaq üçün onlara hərbi məsləhətçilik köməkləri edir. Amma bu addım Tramp və Makrona heç də xoş gəlmir. 

Teqlər