Apr 25, 2018 22:09 Asia/Baku
  • Oliver Ston: ABŞ sülh adı ilə müharibələr yaradır
    Oliver Ston: ABŞ sülh adı ilə müharibələr yaradır

Amerikalı rejissor, ssenarist, prodüser və iki dəfə Oskar mükafatına layiq görülmüş Uilyam Oliver Ston Beynəlxalq Fəcr Film Festivalında iştirak etmək üçün Tehrandadır. O keçirdiyi mətbuat konfransında deyib: ABŞ-da neo-mühafizəkarlar ustalıqla dağıtmaq teoriyası və sülh adı ilə dünyada müharibə və qarışıqlıq yaradırlar.

Ston çərşənbə günü 36-cı Beynəlxalq Fəcr Film Festivalında mətbuat konfransında deyib: Biz İraqı məhv etdik, müxtəlif ölkələrdə terrorçuların artmasına səbəb olduq. Neo-mühafizəkarların ustalıqla dağıtmaq adlı termini vardır. Bu, məşhur bir tarixçi tərəfindən irəli sürülən qanundur. Onun məqsədi məhv etmək və iğtişaş yaratmaqdır. Lakin onun adını sülh qoyurlar.

Ston İŞİD-in məhv edilməsinə toxunaraq deyib: Biz İŞİD-dən dərs almalıyıq. Tarixi diqqətlə oxumalıyıq və bilməliyik ki, ABŞ lazım bildiyi hər bir beynəlxalq razılaşmanı tapdalayır. Misal üçün BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan İraqa hücum etdi. Bir çox sazişləri pozdu.

Amerikalı rejissor İran kinosu haqda deyib6 Ötən illər ərzində və peşəkar fəaliyyətim dövründə minlərlə kino görmüşəm. Bəlkə də 10-20 İran kinosuna baxmışam.

O əlavə edib: Bir iranlı siyasətçinin həyatı ilə bağlı sənədli film çəkmək üçün hər hansı proqramım yoxdur. Lakin bəlkə də bir gün bir iranlı siyasətçi haqda film çəkəcəyəm.

Bir jurnalist Stondan soruşub ki, "Siz Trampın şəxsiyyətini kimlə müqayisə edirsiniz?". Bu amerikalı rejissor onun cavabında onu şeytani şəxsiyyət Bals Bobla müqayisə edib.