Apr 26, 2018 09:00 Asia/Baku
  • Zərif: Xarici müdaxilə Suriyada sülhün əldə olunmasını təxirə salıb

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə günü Brüsseldə Avropa Birliyinin Suriya mövzusunda keçirdiyi ikinci konfransında bildirib ki, xarici müdaxilə Suriyada sülhün əldə olunmasını təxirə salıbdır.

Məhəmməd Cavad Zərif Suriyada əsas prioriteti, atəşkəsin bərqərarı adlandırıb və bildirib ki, Astana prosesininin zəmanətçi ölkələri olaraq İran, Rusiya və Türkiyə Suriyada gərginlik olmayan məntəqələri genişləndirməyə çalışırlar.

İran xarici işlər naziri əlavə edib ki, bu proses Suriya böhranının bu ölkə xalqının rəhbərliyi və ixtiyarı ilə və Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə tam hörmətlə yanaşan əsl və əhatəli siyasi proses çərçivəsində yalnız siyasi bir şəkildə həll oluna bilinəcək bir anlayış əsasında formalaşıbdır .

Zərif belə qeyd edib: İran İslam Respublikası son illərdə Suriya xalqına, o cümlədən bu ölkənin ərazisində olan qaçqınlara və mühasirə altında olan şəxslərə humanitar yardımların göstərilməsi ilə fəal şəkildə məşğul olubdur.

İranın xarici işlər naziri deyib ki, İran Suriyanı bərpa etmək üçün rəsmi Dəməşq ilə əməkdaşlıq etməyə başlayıb. O, bildirib ki, İran bu sahədə başqa ölkələrlə də anlaşmağa hazırdır.

Avropa Birliyinin Suriya mövzusunda olan ikinci konfransı çərşənbə günü Brüsseldə Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının birgə sədrliyi altında səksən ölkənin, o cümlədən İranın məsul şəxslərinin iştirakı ilə keçirilib.

"Suriyanın və regionun gələcəyinə dəstək" mövzusunda keçirilən konfransda, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi Federika Moqerini, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan de Mistura iştirak ediblər.

Suriyadakı böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək üçün 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən terrorçu qrupların Suriyaya qarşı geniş hücumu ilə başlanıb.

Teqlər