Apr 26, 2018 12:28 Asia/Baku
  • Şəmxani ABŞ-ın hərəkətləri qarşısında İran, Çin və Rusiya arasında birgə strategiyanın yaradılmasını vurğulayıb

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Çin ümumi təhlükəsizlik naziri ilə görüşdə deyib: İran, Çin və Rusiyanın Amerikanın milli təhlükəsizlik təhdidləri siyahısında qərar tapmaları və bu üç ölkəyə qarşı sanksiyaların tətbiq olunması Amerikanın hərtərəfli addımları ilə mübarizə üçün müştərək strategiyanın yaradılmasını qaçılmaz edibdir.

Əli Şəmxani dünən Soçi şəhərində keçirilən Rusiya təhlükəsizlik konfransının kənarında Çin ümumi təhlükəsizlik naziri Qo Şenkun ilə görüşdə əlavə edib: Amerika, Qərb və onların regional müttəfiqləri Suriya dövlətinin Duma şəhərində kimyəvi silahdan istifadə etməsinə dair yalanla bu ölkədə hərbi iştirak və əməliyyatla yanaşı, Suriyadakı təkfirçi terrorizmə dəstək veriblər.

Şəmxani həmçinin regionda terrorizmin genişlənməsilə mübarizə üçün İran, Çin, Rusiya, Pakistan və Əfqanıstanın daha yaxından həmkarlıq etmələri vacibliyini vurğulayıb. O, Əfqanıstanda terror qruplarının təşkilatlandırılmaları və köçürülmələrinin dayandırılması üçün birgə təhlükəsizlik, kəşfiyyat və əməliyyat işlərinin görülməsini istəyib.

Çin ümumi təhlükəsizlik naziri Qo Şenkun da bu görüşdə deyib: Amerika regiondakı təhlükə amillərinə gizli şəkildə dəstək verən bir ölkə kimi İran, Çin və Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bu üç ölkəni məhdudlaşdırmaq və onlara zərbə vurmaq ardıncadır.

O, sonra deyib: İran Çinin yeni beynəlxalq strategiyasında xüsusi yerə malikdir və iki ölkənin təhlükəsizlik orqanları iki ölkə başçılarının münasibətlərin genişləndirilməsi üzrə iradələrinin reallaşmasında təyinedici rola malik ola bilərlər.

Teqlər