Apr 27, 2018 09:08 Asia/Baku
  • Xoşru: Təhlükəsizlik Şurası sionist rejimin istisna olması siyasətinə son qoymalıdır
    Xoşru: Təhlükəsizlik Şurası sionist rejimin istisna olması siyasətinə son qoymalıdır

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi sionist rejimi regionda destabilliyin səbəbkarı adlandırıb və Təhlükəsizlik Şurasından bu rejimin istisna olması ilə bağlı siyasətə son qoymasını istəyib.

İRNA-nın məlumatına görə, Qulaməli Xoşru cümə axşamı günü sionist rejimin son vaxtlar Qəzzə zolağında fələstinli etirazçıları qırğın edərək böyük cinayətlər törətməsi ilə bağlı Yaxın Şərq və Fələstinin durumu mövzusunda BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda deyib: Təhlükəsizlik Şurası Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərpa olunmasında ciddidirsə, sionist rejimin istisna olması ilə bağlı siyasətə son qoymalıdır. 

Xoşru sionist rejimin Fələstini işğal etməsini Yaxın Şərqdəki çəkişmələr və münaqişələrin əsas səbəbi adlandırıb. 

İranın BMT-dəki daimi nümayəndəsi həmçinin Fələstin ərazilərində, Suriya ərazisinin bir hissəsində sionist rejimin işğalçılığının davam etdiyinə toxunaraq əlavə edib: Bu təcavüzkar və beynəlxalq qanunları pozan hərəkətlər terror qruplaşmaları dəstəkləmək məqsədilə həyata keçirilir. 

Sionist rejimi itaətsiz rejim adlandıran Xoşru bildirib: Bir çox fələstinli etirazçının şəhid olması və yaralanması ilə nəticələnən aksiyalarda sionist rejimin Qəzzə zolağına qarşı cinayətləri mütəşəkkil proqram olmuşdur. 

ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı elan etməsi və öz səfirliyini bu şəhərə köçürməsinə dair qeyri-qanuni qərarını beynəlxalq qanunlar, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar şəkildə pozulması hesab edən Xoşru bu hərəkətin şübhəsiz regionda böhranın daha da güclənməsi ilə nəticələnəcəyini bildirib. 

İranın BMT-dəki daimi nümayəndəsi İran İslam Respublikasının Fələstin xalqı ilə həmrəyliyini elan edərək qanuni hüquq, Fələstin xalqının parçalanmaması, öz müqəddəratını təyin etmək, Qüds Şərif paytaxt olmaqla müstəqil Fələstin dövlətini yaratmaq üzrə dəstəyi vurğulayıb. 

Teqlər