Apr 27, 2018 11:25 Asia/Baku
  • Şəmxani terrorizmlə mübarizədə Asiya ölkələrinin iştirakını vurğulayıb
    Şəmxani terrorizmlə mübarizədə Asiya ölkələrinin iştirakını vurğulayıb

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi regionda terrorizmlə mübarizədə Asiya ölkələrinin iştirakını vurğulayıb.

Dünyanın beş qitəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 9-cu iclasında iştirak etmək məqsədilə Rusiyanın Soçi liman şəhərinə səfər edən Əli Şəmxani cümə axşamı günü Soçini tərk etməzdən öncə İRNA jurnalistinə verdiyi müsahibədə ABŞ-ın terrorizmi Suriya və İraqdan Əfqanıstana nəql etmək niyyətində olduğunu bildirərək deyib: Asiya qitəsində terrorizmlə mübarizə üçün başqa təsirli ölkələrin iştirakı ardıncayıq. 

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Soçi iclasında İranın mövqeyinin müsbət qarşılandığını bildirərək deyib: Regionda terrorizmin genişlənməsi və onunla mübarizə yolları, bu yolda vəsaitlərin xərclənməsi, Əhatəli Müştərək Təşəbbüs Proqramı, bölgəni destabil etmək üçün regiondan kənar qüvvələrin proqramları haqda danışıqlar və fikir mübadiləsi aparıldı.

Dünyanın beş qitəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 9-cu iclası ötən çərşənbə günündən iki gün müddətinə Rusiyanın Soçi şəhərində keçirildi. 

Teqlər