Apr 28, 2018 15:45 Asia/Baku
  • Zərif Suriyada bitərəf beynəlxalq ekspertlərdən istifadə edilməsini vurğulayıb
    Zərif Suriyada bitərəf beynəlxalq ekspertlərdən istifadə edilməsini vurğulayıb

İranın xarici işlər naziri Suriyada kimyəvi silahdan istifadənin sübut edilməsi üçün bitərəf beynəlxalq ekspertlərdən istifadə edilməsi vacibliyini vurğulayıb.

Rusiyalı və türkiyəli həmkarları ilə üçtərəfli iclasda iştirak etmək məqsədilə Moskvaya səfər etmiş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya daxil olarkən müxbirlər qarşısında belə əlavə edib: Astana prosesi müzakirələri yeganə prosesdir ki, əməldə bir nəticəyə çatmayan sair təşəbbüslərin əksinə olaraq, Suriya barədə real addım ata bilibdir.

Zərif əlavə edib: Son zamanlar Suriyada baş vermiş hadisələrdən, xüsusən şəraiti son dərəcə ağırlaşdırmış və siyasi həll yoluna çatma imkanını bu hərbi hərəkətlərlə azaltmış Amerikanın və onun bəzi qərbli müttəfiqlərinin hərbi addımlarından sonra Astana prosesində hərəkətə zəmanətçi olan ölkələrin xarici işlər nazirlərinin bir daha bir araya gələrək, fikir mübadiləsi aparmaları zərurət daşıyırdı.

Teqlər