May 02, 2018 17:48 Asia/Baku
  • Qasemi: Fransa polisi mediaların peşəkar fəaliyyətinə zəmanət verməlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Fransa polisinin İranın TeleRadio Təşkilatının Parisdəki xəbər komandası ilə rəftarını pisləyib və deyib ki, Fransa polisi bu ölkədə medialar və jurnalistlərin peşəkar fəaliyyətlərinə zəmanətçi olmalıdırlar.

IRIB müxbiri Şəhsəvar Hoseyni və IRIB-nin Fransadakı kinooperatoru Tohidiyan dünən axşam ümumdünya əmək günü münasibətilə Parisdə keçirilən aksiyanı işıqlandırarkən Fransanın polis qüvvələrinin hərəkətləri nəticəsində ağır şəkildə yaralanıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi əlavə edib: Biz bu cür hadisələri qəbuledilməz bilirik və əlaqədar fransız rəsmilərin bu hadisənin amilləri ilə rəftarda ciddi və lazımi həmkarlığı edəcəklərini və İranın TeleRadio Təşkilatının Parisdəki xəbər komandasının vəziyyətinə baxacaqlarını gözləyirik.

Teqlər