May 08, 2018 20:26 Asia/Baku
  • İran və Almanyia arasında əməkdaşlıq sənədi imzalanıb
    İran və Almanyia arasında əməkdaşlıq sənədi imzalanıb

İranın Fars körfəzi neft-kimya sənayesi şirkəti ilə Almaniyanın Siemens şirkəti arasında neft-kimya üzrə əməkdaşlıq memorandumu imzalanıb.

İRNA-nın verdiyi məlumata görə, bu gün Tehranda keçirilən beynəlxalq neft-qaz sərgisinin kənarında baş tutan bu əməkdaşlıq razılaşmasına görə, sözü gedən şirkətlər arasındakı əməkdaşlıqlar alıcı-satıcı formasından ticarət ortaqlığı formasına dəyişəcək. 

Fars körfəzi neft-kimya sənayesi şirkətinin icraçı direktoru Cəfər Rəbii bu memorandumun imzalanmasını nüvə sazişi ilə eyni istiqamətdə olduğunu bildirib və deyib: Dünyada iri şirkətlər İranın əlavə əməkdaşlıq ardınca olduğunu bilirlər. 

Teqlər