May 09, 2018 12:05 Asia/Baku
  • Laricani: Trampın hərəkətləri Amerikanın başını aşağı edir
    Laricani: Trampın hərəkətləri Amerikanın başını aşağı edir

İran İslam Respublikası İslami Şura Məclisinin sədri ABŞ prezidentinin hərəkətlərinin dünyanı idarə etmək iddiasında olan bir ölkəyə başıaşağılıq gətirdiyini bildirərək deyib: Amerika xalqı özünü bəyənən və siyasətdə naşı olan birisinə giriftar olub.

İİR parlamentinin sədri Əli Laricani bu gün parlamentin açıq iclasında Amerikanın nüvə sazişindən çıxması barədə deyib: Hamı Amerika prezidenti Donald Trampın xam və səviyyəsiz sözlərini eşitdi, bu adam bir ildən çoxdur diplomatik şou icra edir. 

Laricani deyib: ABŞ prezidenti bir gün BMT-də dünya rəhbərləri qarşısında Şimali Koreya xalqını məhv edəcəyini deyir, bu ölkənin prezidentini dəfələrlə təhqir edir, başqa bir gün bütün söylədiklərini unudur və onun hörmətə layiq birisi olduğu və onunla müzakirəyə hazır olduğunu bildirir. 

İslami Şura Məclisinin sədri deyib: ABŞ prezidenti bir gün Avropa Birliyini malların gömrük taariflərinə görə hədələyir, başqa bir gün isə müttəfiqlərin bu qərardan istisna olduqlarını deyir. Bir gün dərhal Suriyanı tərk edəcəyini deyir, iki gündən sonra isə Suriyada müəyyən bölgələri bombalayır. 

Laricani deyib: Tramp ölkələrin tarixi və xalqların yaddaşının onun öz yaddaşı kimi unutqanlığa düçar olduğunu təssəvvür edir. Bütün bunlar isə göstərir ki, ABŞ xalqı özünü bəyənən və siyasətdə naşı olan birisinə düçar olub. 

ABŞ prezidenti dünən Əhatəli Müştərək Təşəbbüs Proqramının nəticəsiz olduğunu iddia edərək ölkəsinin bu razılaşmadan çıxdığını elan etdi. 

Amerikanın birtərəfli qərarına baxmayaraq ƏMTP-ni imzalayan digər 5 ölkə və dünyanın bir çox ölkələri bu beynəlxalq razılaşmaya öz dəstəklərini bildiriblər.

Teqlər