May 10, 2018 09:08 Asia/Baku
  • Britaniya və Fransa xarici işlər nazirləri İranın nüvə anlaşmasından faydalanmasına təkid ediblər

Britaniya və Fransa xarici işlər nazirləri Boris Conson və Jan Yiv Le Drian İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə saxladıqları telefon əlaqəsində nüvə anlaşmasını bir daha himayə edərək, İranın bu anlaşmadan faydalanmasına təkid ediblər.

İRNA-nın çərşənbə günü axşam verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif də bu telefon danışığında nüvə anlaşmasını imzalamış digər ölkələrin İranın bu anlaşmadan faydalanmasına dair zəmanət verməli olduqlarını vurğulayıb. 

Bu telefon söhbətində işçi qruplarının intensiv iclaslar təşkil etmələri və nazirlər səviyyəsində görüşlərin baş tutmasına da təkid edilib. 

Teqlər