May 10, 2018 18:53 Asia/Baku
  • General-mayor Səlami: ABŞ-ın nüvə anlaşmasından çıxması İrana qarşı əlavə sanksiyalar üçün bir bəhanədir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi deyib: Amerika nüvə anlaşmasından çıxmaqla İranı öz sanksiyalarının hədəfinə çevirib. Əlbəttə, bu o qədər də önəmli məsələ deyil.

General-mayor Hüseyn Səlami cümə axşamı İranın şərqində yerləşən Sistan və Bəluçestan vilayətində deyib: Amerikalılar 40 ildir ki, siyasi, iqtisadi, mədəni, informasiya və psixoloji savaş meydanlarında İrana qarşı əlindən gələni edib. Amma, indiyə kimi bu xüsusda heç bir uğur əldə edə bilməyib. 

Sepah-ın baş komandan müavini əlavə edib: Bu gün İran bütün regional proseslərdə təsir gücünə malikdir və düşmənlər öz istəklərini İran xalqına qəbul etdirə bilməzlər. 

Teqlər