May 11, 2018 19:20 Asia/Baku
  • İran xalqının anti-ABŞ yürüşünün yekun bəyanatı: İran xalqı Avropaya etimad etmir
    İran xalqının anti-ABŞ yürüşünün yekun bəyanatı: İran xalqı Avropaya etimad etmir

Bu gün İran İslam Respublikasında cümə namazından sonra ABŞ-ın nüvə anlaşmasından çıxmasına etiraz olaraq təşkil edilən yürüşlərdə İran xalqının Avropa Birliyinə də etimad etmədiyi bildirilib.

İran xalqı bu gün cümə namazından sonra təşkil edilən anti-ABŞ yürüşdə iştirak edib. Yürüşün sonunda qiraət olunan qətnamədə deyilir: ABŞ prezidenti Donald Trampı psixoloji müharibə yaratmaq, sədaqətsizlik etmək və nüvə anlaşmasından birtərəfli qaydada çıxmaq üzrə əsassız və quduz hərəkəti habelə, onun İran barədə səsləndirdiyi gülünc sözlər ABŞ başçılarının hegemonçuluq mahiyyətinə dəlalət edən növbəti faktdır.

Qətnamədə həmçinin deyilir: Cinayətkar Amerika İslama qarşı çıxmaq və İran İslam Respublikası qruluşunu devirmək, öz şeytani nüfuzunu bütün regiona yaymaq kimi çirkin niyyətdən başqa heç bir hədəfə malik deyil. Və bu düşmənçilik siyasəti ABŞ-ın hegemonçuluq mahiyyətinə dəlalət edən növbəti fakt olaraq bütün şərr qüvvələrin mənbəyi olan Amerika qarşısında müqavimət və mübarizənin vacib olduğunu bir daha sübut edib.

İran xalqı bu günkü yürüşün sonunda qiraət edilən bəyanatda Avropa Birliyinə də etimad etmədiyini vurğulayaraq, istənilən danışıqlarda ayıqlığın qorunmasına, real zəmanətlərin alınmasına və qarşı tərəfin tamahkarlıqları qarşısında tam qətiyyətlə dayanılmasına təkid edib.

Teqlər