Zərif Brüsseldə Moqerini ilə görüşüb
May 15, 2018 13:41 Asia/Baku
Avropa Birliyi xarici siyasət koordinatoru eləcə də Britaniya, Almaniya və Fransanın XİN rəhbərləri ilə müzakirə məqsədi ilə Brüsseldə səfrdə olan İranını xarici işlər naziri Məhəmməd Cavad Zərif , AB xarici siyasət koordinatoru Federika Moqerini ilə görüşüb.
İRNA-nın verdiyi məlumata görə, bu gün səhər Avropa Şürasının Brüsseldəki qərargahında baş tutan görüşdə İranın XİN rəhbəri və AB-nin xarici siyasət üzrə koordinatoru nüvə sazişinin davam etməsi tərzini müzakirə ediblər.
Amerikanın nüvə sazişindən birtərəfli qaydada və qeyri-qanuni şəkildə çıxmasından sonra Amerikasız sazişin davam etməsi barədə müzakirələr gündəmdədir.