May 15, 2018 20:39 Asia/Baku
  • İran və 4+1 müzakirələri davam edir
    İran və 4+1 müzakirələri davam edir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın çıxmasından sonra nüvə anlaşmasında İranın mənafeyinin təmin edilməsinin mümkünlüyü məsələsini araşdırmaq üçün 4+1 ölkələri ilə müzakirələrinin davamında bu gün Brüsseldə Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

İran və 4+1 arasındakı müzakirələrin üçüncü mərhələsi də baş tutub. İranın xarici işlər naziri Çinli və Rusiyalı həmkarları ilə görüşüb danışıqlar apardıqdan sonra, dünən Belçikanın paytaxtı Brüsselə səfər edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ötən iki gündə baş tutan müzakirələri konstruktiv adlandırıb və razılıq edib: “Rusiya ilə ikitərəfli əlaqələrimiz çox yaxşı səviyyədədir və birgə əməkdaşlıqlar davam edir. Rusiya Federasiyasının nüvə anlaşması ilə bağlı mövqeyi də çox aydın bir mövqedir.”

Zərifin dediyinə görə, İran və Rusiya bütün tərəflərin xüsusilə də İranın nüvə anlaşmasının mənafeyindən faydalanmalı olduqları qənaətindədirlər. İranın xarici işlər naziri həmçinin, ayrı-ayrılıqda Moqerini və Quterreşə məktubların göndərilməsindən də xəbər verib: “Mayın onunda xanım Moqeriniyə və BMT-nin baş katibinə məktub ünvanlamışam. BMT baş katibinə ünvanladığım məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi olaraq bu gün yayımlanmalıdır. Bu məktubda ABŞ-ın qanunsuz rəftarlarından bəhs olunur. Moqeriniyə ünvanlamış məktubda isə birgə komissiyanın yaradılması tələbi qaldırılıb. Birgə Komissiya nüvə anlaşması ilə bağlı ekspertlər və lazım gələrsə nazirlər səviyyəsində iclaslar təşkil edəcək.”

Bu gün İran ilə yanaşı, Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri də Brüsseldə bir araya gəliblər. İranın öz xalqına və şərqli müttəfiqlərinə arxalanaraq, bu müzakirələrdə hazır olduğu bir şəraitdə, Avropalılar ABŞ-ın təzyiqləri qarşısında İran ilə olan birgə maraqlarını qorumağa qadir olub-olmayacaqları sualını cavablandırmaq üçün 60 günlük fürsətə malikdirlər.

 

 

Teqlər