May 21, 2018 17:41 Asia/Baku
  • İran bal istehsalı üzrə dünyanın ilk 5 ölkəsindən biridir
    İran bal istehsalı üzrə dünyanın ilk 5 ölkəsindən biridir

İranın kənd təsərrüfatı nazirinin müavini deyib: İran bal istehsalı və bal arısı kaloniyalarının sayı baxımından dünyanın beşinci ölkəsidir.

İRİB-nin verdiyi məlumata görə, İranın kənd təsərrüfatı nazirinin müavini Mürtəza Rzayi Beynəlxalq Bal Arısı günü münasibətilə Tehranda keçirilən mərasimdə İranın bal arısının yetişdirilməsi və bal arısı məhsullarının istehsalı baxımından dünyanın öncül ölkələrindən biri olduğunu deyərək, əlavə edib: Bal istehsalı üzrə dünya beşincisi olmaq İran üçün bir fəxrdir.

Rzayi həmçinin deyib: İranda bal ilə yanaşı bal arısından alınan digər məhsullar o cümlədən çiçək tozu, mum, kral jelesi və təkmilləşdirici qida məhsulları da geniş istehsal və istifadəyə malikdir.

Sloveniyanın Tehrandakı səfiri Kristina Radej də bu seminarda ölkəsinin İrandan bal idxal etməyə hazır olduğunu deyib.

İlk beynəlxalq bal arısı günü festivalı bazar günü bal arısı və arıcılıq sənətinin faydalarını tanıtdırmaq məqsədi ilə Tehranda keçirilib.

Sloveniya 20 dekabr 2017-ci ildə Beynəlxalq Bal Arısı Günü-nün BMT-də qeydə alınmasına nail oldu. Sloveniya bunun üçün 3 il intensiv səylər həyata keçirmişdi. Bu təklif BMT-nin İqtisadiyyat Komitəsində araşdırılrıqdan sonra 115 ölkənin iştirakı ilə qəbul edildi.

Teqlər