May 22, 2018 13:17 Asia/Baku
  • İran XİN Pompeonun həyasız açıqlamasına cavab verdi
    İran XİN Pompeonun həyasız açıqlamasına cavab verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bir bəyanatda ABŞ dövlət katibinin İran əleyhinə açıqlamasını Birləşmiş Ştatların acizliyinin nişanəsi adlandırıb və əlavə edib: İran ABŞ-ın İran əleyhinə yeni "strategiyası"nda irəli sürülən ittihamları rədd edərək Mayk Pompeonun açıqlamasını öz daxili məsələlərində açıq-aşkar müdaxilə hesab edir.

Bu bəyanatda Pompeonun açıqlamasının ABŞ-ın məlumat yoxsulluğu, zəif düşüncəli, araşdırma geriliyi, qərarların verilməsi prosesindəki çaşqınlığını əks etdirdiyi qeyd olunub və bildirilib: ABŞ-da radikal və avantürist cərəyanlar nə tarixi bilirlər, nə də ondan dərs almaq istəyirlər.

İran Xarici İşlər Nazirliyi bildirib: Bir neçə alçaq rejim istisna olmaqla bütün dünya ölkələrinin etirazına rəğmən ABŞ rejimi bütün siyasi, hüquqi və beynəlxalq öhdəliklərini tapdalayıb və öz öhdəliklərinə sadiq qalan İran kimi böyük ölkə üçün şərt təyin edəcək mövqedə deyildir.

Teqlər