May 23, 2018 08:14 Asia/Baku
  • Qolaməli Xoşru
    Qolaməli Xoşru

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünən bildirib ki, sionist və səud rejimləri mülkilərə qarşı hücumlarda Təhlükəsizlik Şurasının üzvü kimi Amerikanın dəstəyinə malikdirlər. O, deyib ki, Vaşinqton bu iki rejim üçün toxunulmazlıq yaradıbdır.

Qolaməli Xoşru BMT Təhlükəsizlik Şurasının ümumi iclasında silahlı münqaşilərdə mülkilərə dəstək mövzusu ilə Fələstin və Yəmən daxil olmaqla müxtəlif ölkələrdə yardım qüvvələrinə və sivillərə qarşı hücumları pisləyib. O, qeyd edib ki, Qəzzə zolağında uşaqlar və qadınlar xüsusiyyət təşkil etməklə Fələstin vətəndaşlarının yenidən qırğın edilmələri məhz sionist rejimin ötən yetmiş ildə fələstinlilərə qarşı işlətdiyi cinayətkar üsulun davamıdır.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi səud rejiminin Yəmənə qarşı təcavüzü və uşaqlar və qadınlar xüsusiyyət təşkil etməklə minlərlə sivilin qırğın edilməsinə də toxunub. O, deyib: Ərəbistan bu hücumlarda günahsız əhalini qırğın etməkdən əlavə, Yəmənin xəstəxanalar, məktəblər və yeyinti məhsulları istehsalı mərkəzləri kimi infrastrukturlarını qəsdən hədəfə alır.

Xoşru əlavə edib: Ərəbistan Yəməni tam şəkildə mühasirə edərək, əhaliyə humanitar yardımların gəlib çatmasını əngəlləyir və Yəməndəki durumu son onilliklərdə ən faciəli insani şəraitə çeviribdir.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bu təcavüz və cinayətlərin BMT-nin və Təhlükəsizlik Şurasının gözləri önündə baş verdiyini bildirərək, bildirib ki, sionist və səud rejimləri Amerikanın tam hərbi, təlim və logistik himayələrinə malikdirlər.

Xoşru həmçinin BMT baş katibinin hesabatına istinadla deyib: 2017-ci ildə Əfqanıstan, İraq, Somali, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Yəməndəki döyüşlərdə azı 26 min sivil öldürülübdür ki, bu da təəssüfləndirici bir haldır.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünya ictimaiyyətindən dünyadakı münaqişələrə son qoymasını istəyibdir.

Teqlər