May 23, 2018 18:55 Asia/Baku
  • Urmiyənin sabiq imam cüməsinin cənazəsi son mənzilə yola salınıb
    Urmiyənin sabiq imam cüməsinin cənazəsi son mənzilə yola salınıb

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə fədakar və mübariz ruhani, Urmiyənin sabiq imam cüməsi höccətülislam Hacı Şeyx Qulamrıza Həsəninin vəfat etməsi münasibəti ilə başsağlığı veriblər. Mübariz ruhani Hacı Şeyx Qulamrıza Həsəni 2 gün öncə, 21 may 2018-ci il tarixində 91 yaşında haqq dünyasına qovuşub. Mərhum bu gün rəsmilər və böyük xalq kütləsinin müşayəti ilə son mənzilə yola salınıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei mübariz və mücahid ruhani Hacı Şeyx Qulamrıza Həsəninin vəfat etməsi münasibətilə mərhumun ailə üzvləri, yaxınları, ölkə ruhaniləri habelə, Urmiyə və Qərbi Azərbaycan əhalisinə başsağlığı veriblər.  İnqilab Rəhbəri Şeyx Həsəninin ötən illərdəki xüsusilə, müharibə dönəmində, əksinqilabçılarla mübarizədə və imam cümə olduğu dövrdəki davamlı mübarizələri və fəaliyyətlərini inqilabçı bir ruhaninin həyat kitabındakı təkrarolunmaz parlaq səhifələrdən adlandırıblar.

Urmiyənin sabiq imam cüməsi Hacı Şeyx Qulamrıza Həsəninin cənazəsi bu gün Urmiyə əhalisi və rəsmilərin müşayiəti ilə son mənzilə yola salınıb. Urmiyə şəhərinin Vilayət Fəqih meydanından İslam İnqilabı meydanına kimi davam edən mərasimdə xalq və rəsmilər Vəli Fəqihin Qərbi Azərbaycandakı sabiq nümayəndəsi və Urmiyənin keçmiş imam cüməsi Hacı Şeyx Qulamrıza Həsəni ilə vidalaşıb.

Mərhumun cənazəsini üzük qaşı kimi dövrəyə alan insanlar bu möhtəşəm dəfn mərasimində unudulmaz səhnələr yaradıblar.

Vəli Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyənin imam cüməsi höccətülislam Qürəyşi və Vəli Fəqihin Qafaz məntəqəsi üzrə nümayəndəsi höccətülislam Ocaqnejad bu mərasimdə mərhum Hacı Şeyx Həsəni-nin şəxsiyyəti ilə bağlı çıxışlar ediblər. Höccətülislam vəlmüslimin Qulamrıza Həsəni 91 illik ömrünün 40 ildən çoxunu İslam İnqilabının hədəf və məqsədləri uğrunda mübarizəyə həsr edib. Onun fəaliyyətlərinin zirvə nöqtəsi İslam İnqilabının qələbə çaldığı dövrə, 2 bəhmən 1357-ci hicri şəmsi ilində Urmiyənin cümə məscidinin top atəşinə tutulması zamanı şahlıq rejimi ilə silahlı mübarizəyə qayıdır.

O, İslam İnqilabının qələbə çalmasından sonra İslam Şurası Məclisinə üzv seçilir. Daha sonra Vəli Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyə şəhərinin imam cüməsi təyin edilir. Hacı Şeyx Həsəni Qərbi Azərbaycanda əksinqilabçılar ilə mübarizədə və 8 illik müharibə dövründə xalqın səfərbər edilməsində böyük rola malik olub.

 

Teqlər