May 25, 2018 09:59 Asia/Baku
  • AEBA: İran nüvə anlaşması qarşısındakı öhdəliklərə sadiq olub
    AEBA: İran nüvə anlaşması qarşısındakı öhdəliklərə sadiq olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ən son hesabatında İranın nüvə anlaşmasında nəzərtə tutulmiş nüvə məhdudiyyətlərinə əməl etdiyini təsdiqləyib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amano 11-ci hesabatında da İranın nüvə anlaşması qarşısında öz öhdəliklərinə sadiq qaldığını təsdiq edib. Amanonun 6 səhifəlk hesabatı dünən cümə axşamı Vyanada yayımlanıb və agentliyin Direktorlar Şurasının üzvlərinə təqdim edilib. 

İranın ağır su ehtiyatı 6 may tarixində 120,3 ton ( fevral ayında 117.9 ton olub) olaraq hələ də nüvə anlaşmasında təyin edilmiş 130 tondan aşağı səviyyədədir. 

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi də deyib: AEBA-nın son hesabatı ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra ilk hesabat olaraq, bir daha İranın bütün nüvə fəaliyyətlərinin nüvə anlaşmasına uyğun şəkildə aparıldığını təsdiq etmiş olub. 

Rza Nəcəfi Agentliyin son hesabatı barədə deyib: Bu hesabat öncəki hesabatlara çox oxşardır. Fərq sadəcə texniki göstəricilərin dəyişməsi o cümlədən ağır su ehtiyatının artması və 3.67% zənginləşdirilmiş uran ehtiyatının çoxalması və digər oxşar məsələlərdən ibarətdir. 

R.Nəcəfi əlavə edib: İranın bütün nüvə fəaliyyətlərinin davam etməsi o cümlədən uranın 3.67%-lik zənginləşdirilməsi prosesinin Nətənz nüvə mərkəzində yeni nəsildən olan 5060 sentrifuqa vasitəsilə davam etdirilməsi, Fordo nüvə mərkəzində R1 tipli 1020 sentrifuqanın yerləşdirilməsi nüvə anlaşması qarşısındakı öhdəliklərə uyğun şəkildə aparılır. 

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi həmçinin deyib: Avropalılar ilə cərəyan edən müzakirələri nəzərə alaraq, İranın gözləntilərini təmin edəcək zəmanətlərin alınacağı təqdirdə, bu, Agentliyin nüvə anlaşmasının icrası ilə bağlı son hesabatı olmayacaq. Amma, Avropalıların İrana lazımi zəmanətlər verməyə qadir olmayacaqları təqdirdə, bu, Agentliyin öz növündə sonuncu hesabatı olacaq. 

Teqlər