May 26, 2018 09:44 Asia/Baku
  • Cənubi Parsın 22-ci fazasının ilk dəniz platforması quraşdırıldı
    Cənubi Parsın 22-ci fazasının ilk dəniz platforması quraşdırıldı

İranın cənubunda Cənubi Pars qaz yatağında 22, 23 və 24-cü fazaların inkişaf etdirilməsi layihəsi çərçivəsində ilk dəniz platforması iranlı mühəndislərin bacarığına arxalanaraq quraşdırılıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İranın Dəniz Sənayesi Şirkətində istehsa olunan Cənubi Parsın 22-24 fazalarının inkişaf layihəsinin dörd platformasının birincisi İranın cənubunda Cənubi Pars qaz yatağında kran vasitəsi ilə quraşdırılıb. 

Bu platformanın quraşdırılması və istifadəyə verilməsi ilə gündəlik 500 milyon kubmetr qaz İranın qaz istehsalına əlavə olunacaqdır. 

Həmçinin İranın Dəniz Sənayesi Şirkətində Cənubi Pars qaz yatağının fazlarının inkişafı layihəsi ilə əlaqədar daha üç platforma hazırlanmaqdadır və təxminən 84% işlər yekunlaşıb. 

Teqlər