May 26, 2018 17:09 Asia/Baku
  • Yenidən nüvə fəaliyyətinə başlamaq üçün lazımi şərait vardır
    Yenidən nüvə fəaliyyətinə başlamaq üçün lazımi şərait vardır

İranın Atom Enerjisi Təşkilatının sözçüsü bu təşkilatın ABŞ-ın nüvə sazişindən çıxması ilə mübarizə aparmaq üzrə tədbirləri haqda deyib: İranın ehtiyac duyulan zamanda öz nüvə fəaliyyətlərini yenidən başlamaq üçün lazımi şəraiti vardır.

Behruz Kamalvəndi şənbə günü Press TV ilə müsahibədə İranın nüvə texnologiyasının fəaliyyəti və inkişafının dayandırılmadığını bildirərək deyib: Nüvə sazişi sona çatarsa, İran öz sülhməramlı nüvə proqramını inkişaf etdirəcək. Bu da zənginləşdirmənin inkişafı, səviyyəsi və digər hallara şamil olur.

Kamalvəndi ABŞ prezidenti Donald Trampın İranın nüvə sazişinin müddəalarına sadiq qalmaması haqda iddiaları barədə deyib: İranın nüvə sazişinə sadiq qalması haqda qərarı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik verir. Bu agentlik nüvə obyektlərinə on dəfə baxış keçirib və İranın öz öhdəliklərinə sadiq qaldığı açıq-aşkar şəkildə vurğulanıb.