May 26, 2018 18:56 Asia/Baku
  • Zərif: Avropalılar nüvə sazişində əlavə praktiki addımlar atmalıdırlar
    Zərif: Avropalılar nüvə sazişində əlavə praktiki addımlar atmalıdırlar

İran xarici işlər naziri deyib: Avropa Birliyinin önləyici qərarlarının icrası prosesi başlanıb və avropalılar nüvə sazişində praktiki addımlara daxil olmalıdırlar.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü Gənc Reportyorlar Klubu ilə müsahibədə Avropanın nüvə sazişində İranın mənafeyinin təmin olunmasına zəmanət verməsi haqda deyib: İran və Avropa Birliyinin iclasından sonra indiyədək baş verən proses siyasi elan və Avropa liderlərinin iclasının keçirilməsi olmuş və bu haqda qərarlar verilmişdir.

İran xarici işlər naziri bildirib: İran Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinin 9 bəndlik bəyanatının gerçəkləşməsi üçün müzakirə aparmaqdadır.

Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası ötən gün İran, Britaniya, Almaniya, Fransa, Çin, Rusiya nümayəndələri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavinin iştirakı ilə Vyanada keçirildi.

Bu iclasın əsas məqsədi ABŞ olmadan İranla nüvə sazişinin davam etdirilməsi idi. Belə ki, Tehranın iqtisadi mənafeyinə sazişin digər tərəfləri zəmanət versin və ABŞ-ın sanksiyaları İranla iqtisadi mübadilələrə mane olmasın.