May 27, 2018 18:25 Asia/Baku
  • İraqçı: Əgər avropalılar vaxt itirməyə çalışarlarsa, İran danışıqları davam etdirməyəcək

İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: Əgər nüvə sazişi ilə bağlı avropalılar ilə danışıqların yorucu hal almağa başladığını hiss etsək, müzakirələri davam etdirməyəcəyik.

Abbas İraqçı bazar günü İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının dinləmə iclasında iştirak etdikdən sonra jurnalistlər qarşısında deyib: İran Avropa ölkələrindən, ABŞ-ın iştirakı olmadan nüvə anlaşmasında İranın mənafeyinin necə təmin ediləcəyi barədə öz təklifləri və həll yollarını qəti zəmanətlər ilə birlikdə İrana təqdim etmələrini istəyib. Və Tehran Avropa ölkələrinin bu təklifləri və zəmanətləri əsasında nüvə anlaşmasında qalıb-qalmaması barədə qərar qəbul edəcək. 

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini əlavə edib: İran İslam Respublikası hələ ki, nüvə anlaşmasında qalması və ya bu anlaşmadan çıxmasına dair qəti qərar qəbul etməyib. bu xüsusda qərarın qəbul edilməsi qarşıdan gələn həftələr ərzində nüvə anlaşmasının digər tərəfləri ilə aparılacaq müzakirələrin nəticəsindən asılıdır. 

İraqçı həmçinin deyib: İran müzakirələrin münasib müstəvidə cərəyan etdiyi zamana kimi danışıqları davam etdirəcək. 

Teqlər