İyun 08, 2018 11:09 Asia/Baku
  • İran, Rusiya, Suriya və İraqın dördtərəfli təhlükəsizlik iclası
    İran, Rusiya, Suriya və İraqın dördtərəfli təhlükəsizlik iclası

İran, Rusiya, İraq və Suriyanın dördtərəfli təhlükəsizlik mərkəzinin iclası Bağdadda keçirilib və üzvlər İraqda İŞİD və digər terror qruplaşmaları ilə mübarizədə əməkdaşlıqların davam etdirilməsi və gücləndirilməsini vurğulayıblar.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, İraqın hərbi təhlükəsizlik xidmətinin rəhbəri və bu ölkənin dördtərəfli mərkəzdəki həmsədri Səəd əl-Əlaqın başçılığı ilə keçirilən iclasda İran İslam Respublikasının səfiri İrəc Məscidi və digər nümayəndələr iştirak ediblər. İclasda təhlükəsizlik və terrorizmlə mübarizə haqda müxtəlif üzvlərin fəaliyyətlərinə dair məlumatlar verilib və bu komitənin gücləndirilməsi və onun səviyyəsinin yüksəldilməsi vurğulanıb. 

Əl-Əlaq bu iclasda İŞİD-lə savaşda dördtərəfli mərkəzin təsirli roluna toxunub, bir daha İraqın yanında olması və bu ölkə xalqı və dövlətinə dəstəyini davam etdirməsinə görə, İslam Respublikasını alqışlayıb. 

Bu iclasda iştirak edən müxtəlif tərəflər də İran, Rusiya, İraq və Suriyanın dördtərəfli təhlükəsizlik mərkəzinin İŞİD-in məğlubiyyətindəki rolunu təsirli adlandırıb və bütün üzvlərə təşəkkür edilib. 

Teqlər