İyun 10, 2018 12:22 Asia/Baku
  • Ruhani: İran regional və beynəlxalq iqtisadi həmkarlıqları genişləndirməyə hazırdır
    Ruhani: İran regional və beynəlxalq iqtisadi həmkarlıqları genişləndirməyə hazırdır

İran İslam Respublikası prezidenti deyib: İran müstəqil və mötəbər bir şərik kimi regional və beynəlxalq iqtisadi həmkarlıqları genişləndirməyə hazırdır.

Həsən Ruhani bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Sindao şəhərində keçirilən 18-ci sammitində bildirib ki, daha əmin-aman, daha stabil, daha mütərəqqi və daha rövnəqli bir region üçün uzunmuddətli ortaq maraq və xüsusiyyətlər region səviyyəsində anlaşma və iş gündəminin əsası kimi götürülməlidir. O, deyib: Birtərəfli sanksiyalar qanuni beynəlxalq ticarət prosesinə xələl gətirir və şübhəsiz, iqtisadi, siyasi və hüquqi birtərəflilik regional inteqrasiyanın zəiflədilməsinə yönəlibdir.

Ruhani əlavə edib: Amerikanın öz siyasətlərini başqalarına qəbul etdirməyə çalışması genişlənməkdə olan bir xətadır və Amerikanın dünya ictimaiyyətinin nəzərlərinə etinasızlığı və birtərəfliliyinin son nümunəsi həmin ölkənin nüvə anlaşmasından çıxmaq qərarıdır.

İran İslam Respublikası prezidenti həmçinin bildirib ki, terrorizm, separatçılıq və ekstremizm dünyanın müxtəlif məntəqələrini, xüsusən Mərkəzi Asiya və Qərbi Asiyaya şamil olan ətraf region və bölgələri öz təsirləri altına alıblar.

O, deyib: Terror qrupları region ölkələri arasında mövcud olan informasiya boşluğundan sui-istifadə edərək, yeni qüvvələr cəzb edir və şəbəkələr yaradırlar.

Ruhani vurğulayıb: İran ötən onilliklərdə öz daxilində və ətraf məntəqələrində nəhs terrorizm fenomeni ilə üzləşib və terrorçu və ifratçı cərəyanların zəiflədilmələri və aradan götürülmələrində dəyərli təcrübələr əldə edibdir ki, bu sahədə onun İŞİD ilə mübarizədə İraq və Suriya hökumətləri ilə əməkdaşlıqlarına işarə etmək olar.

 

Teqlər