İyun 11, 2018 17:53 Asia/Baku
  • İran və Qırğızıstan arasında hava nəqliyyatı memorandumu imzalanıb
    İran və Qırğızıstan arasında hava nəqliyyatı memorandumu imzalanıb

İranın Aviasiya Təşkilatının sədri və Qırğızıstan hava şirkətinin sədr müavini Tehranda hava nəqliyyatı üzrə əməkdaşlıq sənədi imzalayıblar.

İRİB-in verdiyi məlumata görə, İranın aviasiya şirkətinin sədri Əli Abidzadə və Qırğızıstan aviasiya təşkilatının sədr müavini Cuno Şaliyev tərəfindən imzalanan sənəddən əlavə tərəflər arasında üçüncü məqsədə uçuş barədə də danışıqlar gedib və iki ölkənin həftəlik 7 aviareys həyata keçirməsi razılaşdırılıb. 

Abidzadə və Şaliyev İran və Qırğızıstan hava şirkətlərinin birbaşa uçuşlarının istifadəyə verilməsi, İran tərəfinin Skay KJ Airline hava şirkəti ilə birgə əməkdaşlıq aparması, kirayə verən və kirayə alan hava şirkətlərinin səlahiyyətlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. 

Teqlər