İyun 12, 2018 13:55 Asia/Baku
  • Sepah-ın bir qrup döyüşçüsünün şəhid olması barədə yayılan xəbərlər təkzib edilib
    Sepah-ın bir qrup döyüşçüsünün şəhid olması barədə yayılan xəbərlər təkzib edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Həmzə Seyyidəşşühəda Qərargahının ictimai əlaqələr şöbəsinin yaydığı bildirişdə bir əks-inqilabçı terrorçu qruplaşmanın ölkənin şimal-qərbində həyata keçirdiyi zəncirvarı əməliyyatlarda Sepah-ın bir qrup üzvünü şəhid etməsinə dair iddiasını rədd edib.

Həmzə Seyyidəşşühəda Qərargahının mübariz döyüşçüləri İranın şimal-qərbində Sərvabad və Üşnəviyə məntəqələrində həyata keçirdiyi son əməliyyatlarda 3 terror qruplaşmasını məhv ediblər. Bu əməliyyatlar zamanı 13 terrorçu öldürülüb, bir neçəsi də yaralanıb.

İRNA-nın məlumatına görə, Sepah-ın quru qoşunlarının Həmzə Seyyidəşşühəda Qərargahının ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir: Əksinqilabçılar və beynəlxalq imperializmin əlaltıları son uğursuzluqlarının ardınca yaşadıqları şokun təsiri altına düşərək, bu kimi yalan və əsassız iddialar ilə öz ağalarının könlünü ələ almaq və cinayətkar üzvlərini ruhlandırmaq istəyirlər.

Teqlər