İyun 15, 2018 09:24 Asia/Baku
  • İran prezidenti Fitr bayramı münasibəti ilə İran xalqını təbrik etdi

İran İslam Respublikası prezidenti mübarək Fitr bayramı münasibətilə İran xalqını təbrik edərək, xalqın Qüds Günü yürüşündəki çoxsaylı iştirakını yüksək dəyərləndirib və deyib: Allahın köməyi ilə Fələstin diyarının öz həqiqi sahiblərinin ağuşuna qayıdacağına inanıram.

İRNA-nın məlumatına prezident Həsən Ruhani İran xalqına müraciətində deyib: Fitr bayramı mömin insanın nəfsi ilə mübarizədəki qələbə günüdür. Və bu böyük gündə Allaha şükr edirəm ki, İranın mömin xalqı digər müsəlman xalqlar ilə yanaşı Allaha bəndəlik etməyin bərəkətlərindən faydalana bilib, mənəvi baxımdan özünü saflaşdırıb.

İran prezidenti öz müraciətində həmçinin deyib: İslamın bu böyük bayramımünasibəti ilə sizləri təbrik edərək, İranın daim səhnədə olan xalqının Qüds Günü yürüşündəki əzəmətli iştirakını və Fələstin xalqının amallarını müdafiə etməsini, İslam Ümməti ilə həmrəyliyini qorumasını alqışlayır və Fələstin diyarının bir gün Allahın köməkliyi ilə öz həqiqi sahiblərinə qayıdacağına inanıram. 

İran prezidenti həmçinin ümidvarlıq edib ki, mübarək Ramazan ayının ictimai, mənəvi və əxlaqi təsirlərinin qorunması yolu ilə İran xalqı müxtəlif məsələlərdə səbr və dözümlülük nümayiş etdirsin və İranın öz ali məqsədlərinə doğru hərəkətini daha da sürətləndirsin. 

Bu gün 15 iyun İran və Azərbaycan daxil olmaqla bir çox ölkədə Fitr bayramıdır. 

Teqlər