İyun 17, 2018 09:12 Asia/Baku
  • rçular Əfqanıstanın təhlükəsizliyini hədəf alıblar
    rçular Əfqanıstanın təhlükəsizliyini hədəf alıblar

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü şənbə gecə Əfqanıstanın Nəngərhar vlayətində terror aktını qınayıb və bu ölkə xalqı və dövlətinin dərdinə şərik çıxıb.

İRNA-nın məlumatına görə, terrorçuların Əfqanıstanın təhlükəsizilyini və stabilliyini hədəf aldıqlarını qeyd edən Bəhram Qasimi xatırladıb: Stabilliyi və hökumətlə Taliban qrupu arasında atəşkəsi öz mənafeyinə zidd hesab edən Əfqanıstan xalqının bədxahları bu ölkədə vəhdətin reallaşmasına dözə bilmirlər və başqa bir cinayəti törədərək təfriqənin yaranmasını davam etdirmək istədiklərini göstərdilər. 

İran XİN sözçüsü əlavə edib: Çox keçməyəcək ki, Əfqanıstan dövləti və xalqı birlik, stabillik və təhlükəsizliyi pozan terrorçu ünsürlərə qalib gələcək və terrorizmə qələbə ilə müqaviməti və səbrinin bəhrəsini alacaqlar. 

Şənbə günü günortadan sonra Əfqanıstanın şərqində Nəngərhar vilayətində Əfqanıstan təhlükəsizlik qüvvələri və Taliban qrupu üzvlərinin iclasında bomba partlayışı nəticəsində 22 nəfər ölüb, 34 nəfər yaralanıb. 

İŞİD terror qruplaşması partlayışın məsuliyyətini üzərinə götürüb. 

Teqlər